Bizim məktəbin yanından balaca çay axır. Çayın üstündə taxta körpü var. Biz hər gün bu körpüdən keçib məktəbə gedirik. Bir axşam güclü yağış yağdı. Körpünün bir hissəsini apardı. Səhər məktəbdə yığıncaq oldu. Yığıncaqda məktəbin direktoru və müəllimlər iştirak etdilər. Uşaqlar söz verdilər ki, körpünü özləri təmir edəcəkər. İstirahət günü səhər tezdən uşaqlar körpünün yanına toplaşdılar. Hamı işə başladı. Uşaqlar çayın yanına çoxlu taxta daşıdılar. Onlar məktəbdən cəkic, mişar, balta, rəndə, mıx gətirdilər. Uşaqlar həvəslə işlədilər. Onlar körpünü yaxşı təmir etdilər. İndi uşaqlar körpüdən rahat keçirlər. Bu balaca uşaqların çox xoşuna gəlir. Onlar körpüdən çaya tamaşa edirlə