Lakin buna baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməkdənyayınmış, icarə və xidmət haqqını vaxtında ödəməmişdir. Cavabdeh müqaviləyə əsasəncəmi 120.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Halbuki tərəflər arasında bağlanmışmüqavilə şərtlərinə görə, cavabdeh icarə haqqı kimi iddiaçıya 2007-ci ilin iyul ayından2017-ci ilin dekabr ayına kimi 840.000 ABŞ dolları ödəniş etməli idi. Hal-hazırda tərəflərarasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya 720.000 ABŞ dolları məbləğindəborcu vardır. Həmin borcun ödənməsi tələbi ilə cavabdehə müraciət edilmiş, ödəniş üçünsənədlər göndərilmişdir. Lakin cavabdeh öz məsuliyyətini və öhdəliyini bildiyi haldabundan yayınmışdır.